Jalə Əhmədova seçicilərin növbəti qəbulunu keçirilib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Millət vəkili Jalə Əhmədova Yeni il ərəfəsində Salyan rayonunda növbəti qəbul keçirib.

Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:

"Yeni il ərəfəsində Salyan rayonunda seçicilərimin növbəti qəbulunu keçirdim.

İlk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul etdim, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlandım. Seçicilər əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışdılar və qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərməyimi xahiş etdilər.

Qəbul zamanı seçicilərimi narahat edən problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi bildirdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31