Mövcud vəziyyətin formalaşmasında məsuliyyət daşıyacaq tərəf yalnız və yalnız Fransa, Makron hakimiyyətidir- Anar Əliyev - ÖZƏL
29 Dekabr 2023 20:33 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Cənubi Qafqazda münasibətlərin tənzimlənməsinə və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mümkün olan bütün imkanlardan istifadə edərək mane olmağa çalışan Fransa çox təəssüf ki, bölgəmizdə beynəlxalq hüququn prinsiplərinə, BMT-nin prinsiplərinə, beynəlxaq, Avropa dəyərlərinə zidd addımlarını davam etdirir. "
Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bunun nəticəsidir ki, bir neçə gün bundan öncə keçmiş sovet respublikaları, eləcə də dünyanın müxtəlif bölgələrində və Cənubi Qafqazda Fransanın agentura şəbəkəsinin mövcudluğu ilə bağlı məlunatlar tirajlandı və bu şəbəkə ifşa olundu. Bundan nəticə çıxarmalı olan Fransa belə qanunazidd davranışlarını dayandırmaq əvəzinə, xüsusilə, Cənubi Qafqazda Azərbaycana qarşı islamafob, türkafob, Azərbaycanafob, ksenofobiya prinsipləri ilə çıxış edərək qanunsuz fəaliyyətini davam etdirməyə cəhd göstərdi. Təəssüf ki, Fransa hökuməti "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının prinsiplərinə birbaşa ziddiyyət təşkil edən davranışları nümayiş etdirmək cəsarətini özündə görür. Məhz bunun nəticəsidir ki, Azərbaycan hökuməti Azərbaycandakı Fransa səfirliyinin iki əməkdaşını "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasına zidd fəaliyyətinə görə ölkə ərazisindən çıxarılması bağlı tələb irəli sürdü. Hesab edirəm ki, bu Fransa dövlətinin neoimperialist fəaliyyəti ilə yanaşı həm də mövcud Makron hakimiyyətinin səriştəsizliyinin və Fransa dövlətinin, xalqının maraqlarına zidd olan davranışlarının nəticəsidir. Çünki, bu gün Cənubi Qafqazda münasibətlərin normallaşması, Azərbaycanla çoxşaxəli münasibətlərin formalaşması Fransa dövlətinin maraqlarına daha çox uyğundur, nəinki bölgəmizin aparıcı dövləti olan Azərbaycanla əlaqələrə zərbə vurmaq. Təəssüf ki, Fransanın hazırki hakimiyyəti və diletant siyasətçi olan Makron bu incəlikləri dərk edə biləcək səviyyədə deyil. Gəncliyində çox ciddi psixoloji travmalar alan, komplekslər yaşayan bir şəxsin hakimiyyətə gətirilməsi böyük bir gücün, dövlətin maraqlarına böyük bir zərbədir. Eyni zamanda bu həm də hakimiyyətinin son dövrünü yaşayan Makronun hansısa şəxsi maraqlarından çıxış etməsinin nümunəsidir. Əks halda, dövlətinin, xalqının, vətəndaşlarının maraqlarını müdafiə etməli olub prezident postunu tutan şəxs onların maraqlarına zərbə vura biləcək addımlara yol verməzdi. Bu gün Fransanın Cənubi Qafqaz dövlətləri ilə ümumi ticarət dövriyyəsinin 62 faizdən çoxu məhz Azərbaycanladır. Fransanın Cənubu Qafqaza ümumi yatırımlarının böyük bir hissəsi Azərbaycandadır. Eyni zamanda, Azərbaycan dövlətinin Fransa ilə qarşılıqlı investisiyaları Ermənistanla olan investisiyadan az qala 10 dəfəyə yaxın fərqlə çoxdur. Bunu nəzərə almalı olan Fransa Prezidentinin belə yanlış, diplomatik etiket çərçivələrinə uyğun olmayan, bir güclü, böyük dövlətin Prezidentinə yaraşmayan ərköyün, çılğın davranışlar nümayiş etdirmək Fransanın maraqlarına daha böyük zərbə vurur, nəinki Azərbaycanın. Ona görə də indiki şəraitdə Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe tamamilə beynəlxalq hüququn prinsiplərinə uyğundur. Müstəqil dövlətin davranmalı olduğu mövqe ilə tamamilə üst-üstə düşür. Mövcud vəziyyətin formalaşmasında məsuliyyət daşıyacaq tərəf yalnız və yalnız Fransa, Makron hakimiyyətidir. Hesab edirəm ki, bu mövcud vəziyyət Fransa dövlətinin yaratdığı qeyri-konstruktiv atmosfer Fransa xalqını, ictimaiyyətini ciddi narahat etməlidir və edir. Bundan sonrakı seçkilərdə də vətəndaşlar prezident postu məsələsində eksperimentlərin hansı faciələr, bəlalar doğura biləcəyini aydın şəkildə gördü. Bundan sonra Makron kimi diletantların hakimiyyətə gəlməsinə imkan verməyəcəkdir. Tarixində soyqırımlarla, işğallarla, ayrı-ayrı xalqlara qarşı törətdiyi faciələrlə tarixi dolu olan bir dövlətin bu gün Cənubi Qafqazda ədalətin, sülhün, birgəyaşayışın təmini uğrunda gərgin mübarizə aparan dövlətə bu istiqamətdə dırnaqarasında "ağıl öyrətməyə" çalışması absurddur, gülünc doğurur. Məndə olan məlumatlara görə, Fransanın bir çox şəxsləri də, diplomatik dairələri də heç də Makron hakimiyyətinin bu qeyri-peşəkar, yanlış siyasətini dəstəkləmir. Hesab edirəm ki, bu mövqe, Makron hakimiyyətinin bu yalnış siyasətini dəstəkləməmə mövqeyi və ona dəstək verən insanlar, bu mövqeyi müdafiə edən insanların sayı durmadan artır və artacaqdır. Bu nəhayət ki, Fransanın bölgəmizlə bağlı daha konstruktiv reallıqların şərtlərinə uyğun mövqe sərgiləmək reallıqlarını formalaşdırmış olacaqdır. "