Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
29 Dekabr 2023 16:32 SiyasətRusiyanın Çuvaş Respublikasındakı Çuvaş-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Aqil Əliyev və müavini Nicat Səfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Siz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə nail olmuş, ölkənin daha da inkişafı, qüdrətlənməsi üçün böyük işlər görmüsünüz. Şuşada, Xankəndidə, Xocalıda və azad edilmiş digər torpaqlarımızda Azərbaycan Bayrağını ucaltmağınız hamımız üçün olduqca qürurvericidir. Fədakar xidmətlərinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq".