İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti AZALDILDI
29 Dekabr 2023 15:36 SiyasətPrezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Olaylar.az xəbər verir ki, qanuna əsasən, Azərbaycanda sığorta stajının müddəti 30 aydan 24 aya endirilib.
Bununla da Azərbaycanda 24 ay sığorta stajıolan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31