Milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edildi

"Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında" sərəncamda dəyişikliklər edilib.

Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Sənədə əsasən, "Azərbaycan Respublikası daxili işlər nazirinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

"Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini".

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini" abzası redaktə olunaraq, "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini" şəklində verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31