Bakıda olmaqdan çox məmnunuq - ATƏT-in nümayəndəsi
29 Dekabr 2023 12:46 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda olmaqdan çox məmnunuq və fürsətdən istifadə edirək Azərbaycan hökumət nümayəndələrinə təşəkkür edirəm ki, bizi çox yaxşı qarşıladılar və missiyanın fəaliyyəti üçün şərait yaratdırlar.
Olaylar.az-ın məlumatına görə, bunu ATƏT in Demokratik Təsisat və İnsan Haqıarı bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiərini müşahidə missiyasının rəhbəri İoğan Mörfi missiyanın açılışı ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, bizim missiyamız Azərbaycan hökumətinin dəvəti ilə baş tutur.
"Seçkilərdən 1 gün sonra fevralən 8-də mətbuat konfransı keçirəcəyik və bəyanat verəcəyik. Nəhayət seçki proseslərinin tamamlanmasından bir neçə ay sonra biz yekun hesabatı dərc edəcəyik və hesabatda müvafiq tövsiyələr də təqdim edə bilərik", - deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü il 7 fevral tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək.