Yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir- ÖZƏL
29 Dekabr 2023 12:18 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi mühüm hadisədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əlabbas Salahzadənin sözlərinə görə, Sərəncamda da vurğulandığı kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir: "Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas hədəflərdəndir. "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində atılacaq addımlar bu hədəfə öz töhfəsini verəcək".