Ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi mühüm və tarixi bir qərardır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fatma Yıldırımın sözlərinə görə, bu ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir: "Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhvələrini verib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Eyni zamanda, dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynılxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan prezidentinin növbəti qələbəsi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31