Vətən müharibəsində xalqımızın qüruru, milli kimliyi, mənliyi özünə qayıtmışdı- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Demək olar ki, hər gün şəhid ailələri ilə bağlı verlişlərə baxırıq. Gündəlik olaraq  sosial şəbəkələrdə onların ailə vəziyyətləri, yaşadıqları mənzərələrin şahidi oluruq. Qarabağ müharibələri zamanı, şəhidlərin öz ailələrinə yazdıqları məktubları oxuyub, qulaq asdıqca məlum olur ki, məktubdakı son sözlər tarixə qızıl hərflərlə yazılası sözlərdi. Həqiqətən də bu müharibə vətən müharibəsi olaraq torpaq müharibəsi olmaqdan daha çox, sanki bir tarixi qəhrəmanlıq müharibəsi idi". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, döyüşən igid qəhrəman əsgərlərimiz olsa da, müharibəni bütöv tam yumruq kimi birləşmiş bütöv tam, bir  xalq aparırdı. Bu müharibədə bir şeyin şahidi olduq ki, kimliyindən asılı olmayaraq xalqımızın  qüruru, kimliyi, ruhu, mənliyi özünə qayıtmışdı:
"Bütün bu illər ərzində həmişə düşünürdüm ki, bizim yazarlar öz əsərlərində qəhramanlarını çox şişirdiblər. Biz böyük xalq deyilik, bu cəfənigiyyatdır. Biz Qafqazda hər üç ölkəyə baxsaq, bunlardan ikisi hər yerdə həmişə deyir ki, ən möhtəşəm, qədim xalq bizik. İndi artıq Vətən müharibəsi göstərdi ki, ən qədim xalq bizik və biz  böyüklüyün hissini yaşayırıq. Harda olduğumuzdan asılı olmayaraq bizə daha böyük kimi baxırlar. Bu böyüklüyü bizlərə, öz siyasəti və əsgərimizin sücaəti ilə yaşadan qalib xalqın qalib sərgərdəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31