Azərbaycan-Ermənistan münasibətləri düzəlir, bunun zərbəsi Fransaya dəyir - Əli Mustafa - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Fransanın ikiüzlü, riyakar siyasəti onun dövlət maraqları ilə bağlıdır. Belə məsələlər bizdə ilk deyil."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa vurğulayıb:

"Dünyada "diplomatik fəaliyyət" adı altında əks-kəşfiyyatlar işləyirlər. Fransız kəşfiyyatının Azərbaycanda işləməsi bəlli idi. Görünür, bunu indi ortaya çıxarmaq lazım idi. Fransa tərəfi də bizim səfirlik əməkdaşını xaric etməyi düşünür. Anlaşılan odur ki, Fransa-Azərbaycan münasibətləri getdikcə gərginləşir. Burda Makronun hakimiyyətinin, onun apardığı uğursuz, qeyri-peşəkar siyasətin də rolu var. Azərbaycan və Fransa arasında uzun illərdir əməkdaşlıq vardı, təəssüf ki, Makron hakimiyyətə gələndən sonra əlaqələr zədələndi, Makron ermənipərəst mövqe ortaya qoydu. Nəticədə də Azərbaycan-Fransa münasibətləri korlandı. Bütün hallarda dövlət öz maraqlarını qoruyur və qorumalıdır. Eyni zamanda, bu, həm də qarşı tərəfə demarşdır. "Öz fəaliyyətinə çəki-düzən ver" deməkdir. Nəzərə alsaq ki, Fransa uzun illər Minsk qrupunun 3 həmsədrindən 1-i olub, normalda o bitərəf, obyektiv olmalı idi, amma təəssüf ki, belə olmadı. İndi Azərbaycan-Ermənistan münasibətləri düzəlir, ancaq bunun zərbəsi Fransaya dəyir. Hələ bu, hamısı demək deyil. Fransanın Azərbaycanla olan ziddiyətləri biraz da köklü ziddiyətlərdir. Daha çox Fransanın və Azərbaycanın olduğu beynəlxalq münasibətlər sistemində olan böyük blokların qarşıdurmasıdır. Fransanın təmsil olunduğu tərəf dünyada vurulur, bir çox bölgələrdən, o cümlədən Afrikadan çıxarılır. Azərbaycanın da belə cəsarətli addımları bütövlükdə qlobal siyasətin tərkib hissə kimi qəbul edilməlidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31