O, Qərbin ikili standartlarını və ölkəsinin maraqlarına zidd olanları ifşa edir - Elşad Həsənov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Qərb onun diqtəsi ilə oturub durmayan, onun siyasətini yerinə yetirməyən ölkə başçılarını iğtişaşlar, çeviriş yolu ilə devirməyə çalışır və buna da bəzi yerlərdə müyəssər olub. Azərbaycanda da uzun illər Qərb öz fondları vasitəsi ilə özlərinə müxalifətdən adamlar maliyyələşdirərək dövlət seçkiləri etməyə cəhd ediblər. Ancaq Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyat işləri nəticəsində bütün planların qarşısı alınıb. Nəticədə də həmin fondların əksəriyyəti bağlandı və qovuldu. Ona görə də, bu gün Azərbaycanda sabitlik var. Çünki, dövlət rəhbərliyi, xüsusi xidmət orqanları həmin fondları tam nəzarət altına alıb. Həmin xarici xüsusi xidmət orqanlarının fəaliyyəti, eləcə də bu günlərdə Fransanın casus şəbəkəsinin Azərbaycanda ifşa olunması Azərbaycan xüsusi xidmət orqanlarının apardığı böyük işin nəticəsidir."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib:

"Dekabrın 17-də Serbiyada keçirilən növbədənkənar seçkilərdə Serbiya Proqressiv Partiyası (SPP) 46,72% səs çoxluğu ilə qələbə çaldı. 23,56% səs toplayan qərbyönlü Serbiyanın zorakılığa qarşı bloku məğlub oldu. Bundan sonra həmin Qərbin senarisi ilə çeviriliş cəhdi baş verdi. Bu cəhdin baş verməsində əsasən Almaniyanın xüsusi xidmət orqanları ciddi rol oynadı və çevrilişin aparılması üçün Almaniyanın səfirliyindən rəhbərlik etdilər. Çevrilişin baş verəcəyi haqqında bəzi ölkələrin, xüsusilə də Rusiyanın xarici kəşfiyyat idarəsi vaxtından qabaq Serbiya rəhbərliyini məlumatlandırıb. Onlar hazırlıq görüblər və bu çevrilişin baş tutmasının qarşısı alınıb. Bu haqda da Aleksander Vuçiç çıxışında öz təşəkkürünü bildirdi. Xarici xüsusi xidmət orqanlarının rəhbərlərinə öncədən xəbərdar etdikləri üçün təşəkkürünü bildirdi. Eyni zamanda Serbiyanın Baş naziri Ana Brnabiç gözlənilən iğtişaşlarla bağlı vaxtında verdiyi məlumata görə Rusiya xarici kəşfiyyat idarəsinə təşəkkürünü bildirdi.

Serbiyada baş verən hadisələrin əsas səbəbləri prezident Aleksandr Vuçiçin Avropa İttifaqı ilə üzvlük danışıqlarında tutduğu mövqe, Kosovonun müstəqilliyini tanımaqdan imtina etməsi və hələ də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina etməsidir. Qərb Vuçiçi uğursuz siyasətçi hesab edir. Vuçiç Avropa İttifaqının və ABŞ-nin dediyini etmir, onların müəyyən etdiyi siyasəti yerinə yetirmir. Əksinə, Qərbin ikili standartlarını və ölkəsinin maraqlarına zidd olanları ifşa edir.

Bu senari kimi Amerikanın, Avropa İttifaqının da bizə qarşı təhdidi oldu. Azərbaycan bu təhdidlərə qarşı öz dövlət maraqlarından çıxış edərək adekvat cavab verdi, Amerika da bizə qarşı mövqeyini dəyişdi. Başa düşdü ki, Azərbaycan onun dediyi ilə oturub-duran ölkələrdən deyil. Burda da həmin senaridir. Aleksander Vuçiç ölkə ictimaiəti ilə kifayət qədər açıq və səmimi danışan siyasətçi kimi qiymətləndirilir. 2023-cü ilin oktyabrın 31-də Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə görüşdən sonra ölkəsinin Avropa İttifaqı üzvlüyünə qəbul olunmamaqlarının əsas səbəbi kimi Rusiyaya qarşı sanksiyaya qoşulmamalarını və Kosovonun müstəqilliyini tanımamalarını göstərmişdir.

Serbiyada olan iğtişaşla bağlı hamımızın tanıdığımız rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko öz müsahibəsində deyib ki, bu Ukrayna senarisinin Serbiya meydanı versiyası idi. Bu cəhdlərin arxasında ilk növbədə Serbiya müxalifətindəki Qərbin təsir agentləri dayanır. Draqan Bilas, Miroslav Aleksik, Marinika Tepić, Radomir Lazoviç, Dobrica Veselinović və başqaları Qərbin təsir agentləridir. Eyni zamanda Korotçenko deyib ki, müxalifət Belqraddakı aksiyalarda Almaniyanın Serbiyadakı səfirliyi tərəfindən koordinasiya edilir. Bir sıra alman fondları, məsələn Aleksander Bolf fondundan, həm də Soros "Açıq cəmiyyət" fondundan və Rokfeller fondundan maliyyə dəstəyi göstərilib. İğtişaşlara Avropa parlamentinin Avstriyalı üzvü Andreas Şider kimi üzvləri sosial demokratların bir sıra nümayəndələri və alban lobbiçiləri də fəal təsir göstəriblər. Vaxtında aparılan işlər sayəsində iğtişaşlar dayandırıldı, ancaq ayrı-ayrı küçələrdə, yerlərdə tələbələrin mitinqləri təşkil olunur. İğtişaş zamanı cəmi 1200 iğtişaşçı olub və onlardan 40-ı saxlanılıb, 2 polis işçisi yaralanıb. Bu bir daha göstərir ki, Qərb və Amerika onların dediyi ilə oturub durmayan siyasətçiləri devirməyə çalışır. Bu fiyaskoya uğradı və Serbiya xalqı öz prezidentini dəstəkləyir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31