Azərbaycan dünyanın qorxduğu, çəkindiyi, bəlkə də bilərəkdən göz yumduğu Fransada neomüstəmləkəçilik siyasətinə qarşı etirazın avanqardı halına gəlibdir - Tural İsmayılov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Fransanın birmənalı və biryanlı şəkildə Ermənistanı dəstəklədiyi dövrdə, Qarabağın işğalda olduğu dövrdə də Fransanın tutduğu qəbuledilməz bütün mövqelərə baxmayaraq, Azərbaycan heç zaman Fransa ilə körpüləri yandırmayıb."

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Yəni, bu günə qədər Fransa səfirliyinin hansısa əməkdaşı ölkədən çıxarılmayıb və ya Fransa səfirinə hansısa qağadalar qoyulmayıb. Deməli, əgər Azərbaycan tərəfi iki şəxsi "persona-non-grata" elan edirsə, bunun çox ciddi əsasları, şübhələri var ki, bu "persona-non-grata" elan edilmiş səfirlik əməkdaşları burada hansısa təxribatlarla məşğul olublar. Digər bir tərəfdən Azərbaycan Fransaya təkcə Azərbaycan-Ermənistan münasibətləri və Qarabağla bağlı tutduğu ədalətsiz, haqsız mövqeyinə görə etiraz etmir. Bu gün Azərbaycan dünyanın qorxduğu, çəkindiyi, bəlkə də bilərəkdən göz yumduğu Fransada neomüstəmləkəçilik siyasətinə qarşı etirazın avanqardı halına gəlibdir. Biz əvvəlcə, Qoşulmama Hərəkatının sədri kimi Fransa, Kaliforniya, Korsika və başqa adalarda onun coğrafi sərhədlərinə daxil olmayan bölgələrdə həyata keçirdiyi ifrat istismar siyasətinə etiraz etmişik. Çünki əgər biz qlobal sistemdəki problemlərdən danışırıqsa, dünyəvi dəyərlərdən, demokratiya, insan haqlarının vacibliyindən bəhs ediriksə, Fransa bu dəyərləri dünyanın gözü görə-görə tapdalayır, amma heç kim səs çıxarmır. Daha sonra Bakı Təşəbbüs Qrupu formalaşmışdır və bu BMT-nin Cenevrə ofisində Fransanın neomüstəmləkəçi siyasətinə qarşı etirazların ən önəmli təşkilatçısı halına gəlibdir. Əlbəttə ki, bütün bunlar Fransanı narahat edir. Mən hesab edirəm ki, Fransa düşünməlidir ki, nəyə görə onun ictimai-siyasi vəziyyəti bu qədər açıq və qəbuledilməz formada erməni lobbisinə peşkəş edilibdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31