Faktiki olaraq, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar - İlyas Hüseynov - ÖZƏL
28 Dekabr 2023 18:25 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Serbiyada baş verən hadisələr bu gün bütün dünyanın diqqət mərkəzindədir."
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Prezident Vuçiçin açıqlamaları da göstərir ki, bu cür iğtişaşlar və nümayişlər Belqrad hakimiyyətinə qarşı təzyiq fəaliyyətidir. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Serbiya müstəqil siyasət yürüdür, öz geopolitik seçimini edir. Məhz bu xüsusda, Serbiyaya qarşı təzyiqlər və təhdidlər də çoxalmaqdadır. Bu gün həm də xüsusilə vurğulamaq lazımdır ki, Kosovanın müstəqilliyini tanımağa məcbur etmək kompaniyası kimi anlamaq da mümkündür. Oktyabrda Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovanı tanımağa çağırırdı. Bu bir daha göstərir ki, Qərbin təzyiq metodları, "rəngli inqilab" həyata keçirmək metodologiyaları hələ köhnəlməyib və uğurla bu praktikaları istifadə edirlər. Bu gün Ukraynada baş verənlər də hamının gözü qarşısındadır. Faktiki olaraq, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar. Eyni zamanda, özümüzə gəldikdə də eyni münasibəti görmüşük. Məhz bu minvalla Azərbaycanı da uzun illər ərzində işğal faktı ilə barışmağa məcbur edirdilər, ölkəmizə qarşı məkrli planlar həyata keçirirdilər, eyni ssenarini tətbiq edirdilər ki, öz məqsədlərinə çata bilsinlər. Dünyada baş verən digər hadisələr nümunəsində də aydın şəkildə görürük ki, Qərbin siyasi xətti dəyişməz olaraq qalır. Useydin metodları və Qərbin diktəsi ilə həyata keçirilən iğtişaşlar, hakimiyyətləri zəiflətmək naminə edilən geopolitik addımlar bu gün geniş vüsət almaqdadır. Məhz buna görə də Azərbaycan daha güclü, dayanıqlı və möhkəm təməllər üzərində öz xarici və daxili siyasətini formalaşdırmalıdır.