Azərbaycan Amerikayla münasibətlərin inkişaf etdirilməsində hər zaman maraqlı olub - Nazir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan və ABŞ münasibətlərindən danışarkən, artıq daha yumşaq terminologiyadan istifadə edə bilərik.

Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Bəli gərginlik olub, lakin səbəbkarı Azərbaycan olmayıb. Bundan sonra münasibətlər barədə müsbət mesajlar verildi. Azərbaycan Amerikayla münasibətlərin inkişaf etdirilməsində hər zaman maraqlı olub",- deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31