Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşdi
28 Dekabr 2023 17:11 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşib.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31