Azərbaycan-Ermənistan XİN başçıları dövlət sərhədində görüşə bilər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi üçüncü ölkələrin girovuna çevrilməməlidir.

Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında mətbuatın suallarını cavablayarkən bildirib.

"İki ölkə XİN başçıları arasında dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səsləndirilib. Azərbaycan və ya Ermənistanda keçirilməsinə gəlincə isə, potensial olaraq niyə də yox?

Gec-tez biz bunu da görəcəyik",- deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31