Fransanın hər zaman mövqeyi ermənipərəst olub - Nazir
28 Dekabr 2023 16:39 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Fransa münasibətlərinin mövcud vəziyyəti 30 illik münasibətlərin ən aşağı nöqtəsindədir.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Bunun səbəbkarı Azərbaycan olmayıb. Əksinə biz hər zaman münasibətlərin inkişafı üçün real addımlar atmışıq. Fransanın hər zaman mövqeyi ermənipərəst olub.
Fransanın uzun müddət vasitəçi rolu olarkən kifayət qədər məharətlə öz ermənipərəst mövqeyini gizlədə bilib. 2020-ci il Vətən Müharibəsindən sonra öz mövqeyini gizlədə bilməyib. Fransanın ermənispərəst mövqeyi anti-Azərbaycan mövqeyinə qədər inkişaf edib",- deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31