Ermənistanın işğalı altındakı Azərbaycanın 8 kəndi ilə bağlı müzakirələr aparılır - XİN rəhbəri (YENİLƏNİB)
28 Dekabr 2023 19:14 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ermənistanın işğalı altındakı Azərbaycanın 8 kəndi ilə bağlı müzakirələr aparılır.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında bütün görüşlər zamanı 8 kəndin qaytarılması məsələsi qaldırılır.
"Hesab edirik ki, bu delimitasiya ilə bağlıdır və bildiyiniz kimi, delimitasiya məsələsi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunurş Bu səkkiz kəndin də öz spesifikası var, bu kəndlərdən 4-ü anklav, digər 4-ü isə anklav kəndlər deyil. Bizim yanaşmamız ondan ibarətdir ki, prosesdə müəyyən ardıcıllıq ola bilər və qarşılıqlı müzakirə formasında davam edə bilər. Ermənistanın da öz iddiaları, sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz yaşayış məntəqələrindən danışırıq", - deyə o, əlavə edib.