Ceyhun Bayramov Fransa səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsindən danışdı (YENİLƏNƏCƏK)
28 Dekabr 2023 16:02 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Fransa səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Burada bir məqam var ki, iki il öncə Fransa səfirliyinə nota göndərilib və həmin şəxslərlə bağlı Azərbaycan Dövlət Orqanlarında ciddi faktlar olduğu bildirilib. Fransa ötən gün heç bir səbəb gətirmədən bizim səfirliyimizin iki əməkdaşını azruolunmaz şəxs elan edib. Bizim etdiyimizlə onların etdiyi arasında fərq var. Biz konkret olaraq faktlarla danışırıq, hansı ki Fransa bu faktların araşdırılmasından imtina edirdi" ,- deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31