Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycanın baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı aparıb.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığında sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

"Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının aktual məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib", - məlumatda deyilir.

Bundan başqa, baş nazirlər Müstəqil Dövlətlər Birliyi (MDB) və digər çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyəti müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31