“Boykot” siyasi rəqabət metodu deyil- ÖZƏL
28 Dekabr 2023 09:58 Siyasət"Bütün dövrlərdə, o cümlədən Vətən Müharibəsi dövründə sübuta yetirildi ki, xalq ən çətin məqamda öz lideri ətrafında daha sıx birləşir, onun siyasətini daha böyük qətiyyətlə və əzmlə müdafiə edir. Ona görə də, xarici qüvvələrə arxalanıb, pozuculuq aktları planlaşdırmağa hazırlaşan dağıdıcı müxalifətə ən layiqli cavabı elə xalq verəcək". "Olaylar"ın məlumatına görə, bunu deyən YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov qeyd edib ki, sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki, onlar xarici qüvvələrə xidmət edirlər: "Boykot" siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. "Kirli" texnologiyalarının klassik növü hesab olunan "boykotdan" əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. "Boykot" siyasətdə prinsipial mövqeyin nümayişi deyil, bilavasitə təxribatlara yol açan ucuz siyasi hiylədir".