Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır- ÖZƏL

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın dövrün işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 20 ildə Qələbəni şərtləndirən uğurlara imza atdı. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi". "Olaylar"ın məlumatına görə, bunu deyən YAP Ağstafa rayon təşkilatının üzvü İsmayıl Bayramov qeyd edib ki, dövlət başçısı iqtisadiyyatın inkişafını vacib amil kimi önə çəkərək bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır:​ "Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının prioritetliyi atılan addımlarda öz təsdiqini tapır. Dərin islahatlar nəticəsində Azərbaycan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin uğurlu davamı nəticəsində güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmləndi. Xalq-iqtidar birliyi daha da sarsılmaz oldu. Vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən "Dəmir yumruq" bütün bu amillərin vəhdətinin nümayişi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31