Ermənistan və İran arasında siyasi problemələr yeni müstəvidə davam edəcək- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İranın xarici işlər naziri Hüseyn Abdullahian Ermənistana səfər edəcək. Ötən gün Rusiya xarici işlər naziri S. Lavrovla danışdıqdan sonra,​ iranlı nazirin Ermənistana səfəri Moskva ilə​ kordinasiyalı şəkildə davam edir.​ "Olaylar"ın məlumatına görə, Milli Cəbhə partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə qeyd edib ki, Moskva və Tehran​ Ermənistanın yürütdüyü qərb yönümlü siyasətindən, həmçinin, regionda ABŞ və​ Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsinə şərait yaratmasından​ narahatdır: "Bir neçə gün bundan əvvəl,​ Nikol Paşinyanla İran prezidenti İ. Rəisi arasında telefon danışığı baş tutmuşdu. İ. Rəisi telefon söhbətində N. Paşinyana qərbyönümlü siyasət həyata keçirməsindən narahatlığını ifadə etməsi istisna deyil. Görünür, H. Abdullahianın səfərində Tehranın "qırmızı xətti" Yerevana başa salınacaq.
Qeyd edim ki, Ermənistan və İran arasında siyasi problemələr yeni müstəvidə davam edəcək. Ermənistanın Azərbaycanla sülh müqaviləsini bağlaması istiqamətində atdığı addımlar, Zəngəzur dəhlizinin maneəsiz istifadəsi ilə bağlı müzakirələr və Qərbə inteqrasiya siyasəti​ Abdullahianın səfərində müzakirə ediləcək.İran Ermənistanın yürütdüyü siyasətdən narazıdır. Amma, N. Paşinyan İran və Rusiyanın təzyiqlərinə rəğmən Qərblə əməkdaşlığı davam etdirəcək.
N.Paşinyan Qərblə inteqrasiyanı davam etdirəcəksə, Rusiya və İran Ermənistan hakimiyyətini cəzalandırmaq siyasətinə əl ata bilərlər. Ermənistanın Azərbaycan və Türkiyə əlaqələri ilə normallaşması fonunda Qərbə inteqrasiya İran üçün gözlənilməz bir prosesdir. Tehran Ermənistanın 3+3 formatında əməkdaşlığında maraqlıdır. Baş veren siyasi proseslər fonunda İran xarici işlər nazirinin Ermənistan səfəri uğurlu olmayacaq. Çünki, Ermənistan öz siyasi kursunu dəyişməyəcək".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31