Ukraynaya lazım olan silahlar ötürülür- ÖZƏL

"Rusiyanın Ukraynada hərbi təşəbbüsü ələ alması Qərbi hərəkətə gətirir.​ Artıq Ukrayna Rusiyanın beş ədəd Su35 qırıcı təyyarəsini və vurulan "Moskva" kreyserindən sonra növbəti hərbi gəmisini vurub". Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ​ görünür, Ukraynaya lazım olan silahlar ötürülür: "Hətta "F16" qırıcı təyyarələrin Ukraynada olması, məhz bu təyyarələr vasitəsilə bir neçə uğurlu əməliyyat keçirilməsi barədə qeydlər var. Əlbəttə ki, Ukraynanın "Su 35" Qırıcı təyyarəsinin vuracaq sistemləri müharibənin gedişində olmayıb. Görünür, ABŞ ın razılığı ilə Avropa ölkələrindən bəzisi Ukraynaya "F16"​ ötürə bilər.
Rusiyada seçki öncəsi Qərbin Ukraynaya ağır silahlarını verməsi mümkün ola bilər. Çünki V. Putinin seçkiöncəsi əks hücumlarının qarşısını almaq və onun hərbi qalib obrazını məhv etmək Qərb üçün hava və su kimi lazımdır. Ötən gün Ukrayna Qoşunlarının Ali baş komandanı general Zalujni Rusiyaya itkilər veriləcəyinin anonsunu verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31