Fransa Azərbaycan xüsusi kəşfiyyatı qarşısında diz çökür - Əziz Əlibəyli - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Fransanın ifşa olunması onun xarici siyasətinin ən böyük itkilərindəndir."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Bilirsiniz ki, Fransanın xüsusi qurumları və xüsusilə də xarici kəşfiyyatı Xarici İşlər Nazirliyi tərkibində fokuslanıb, ixtisaslaşıb. Bu prosesdə təkcə xarici məsələlər üzrə xüsusi idarə deyil, ümumilikdə Xarici İşlər Nazirliyi zərər çəkmiş olur. Maraqlıdır ki, Fransa dünyada məğlub olmaqdadır. Bu həm də o deməkdir ki, Afrikadan qovulur, qafqazlarda öz maraqları naminə Ermənistanı qurban etməyə çalışır. Bu prosesdə Gürcüstanı, Moldovanı istifadə edir. Dünyanın top 5 ölkəsindən biri sayılan Fransa Azərbaycan xüsusi kəşfiyyatı qarşısında diz çökür və onun rezidenturası ifşa olunur. Bu bölgədəki rezidentura şəbəkəsinə, informasiya savaşlarına, Azərbaycan əleyhinə sabotaj fəaliyyəti törətməyə çalışan bütün tərəflərə ciddi mesajdır. Bu həm də Fransanın planlaşdırdığı potensial gələcək tədbirlərə maraqların müdafiəsi üçün həyata keçirə biləcəyi hər cür addıma qarşı demarş oldu."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31