2024-cü ildə Fransada keçiriləcək Olimpiya Oyunlarını baykot etməliyik-Azad Məsiyev- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Cənubi Qafqaz uğrunda böyük güclərin- Qərb koalisiyası ilə Rusiyanın arasında avaşı gedir. Qərb çalışır ki, Cənubi Qafqaza girsin. ABŞ-nin Cənubi Qafqaza girməsi üçün öz oyunçularını oyuna buraxıb."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev bildirib:

"Cənubi Qafqazda ABŞ, Avropa, Qərb adına Fransa daha çox hücumda oynayır. Ukrayna münaqişəsində Qərbin oyunçuları Böyük Britaniya, Polşa idisə, Cənubi Qafqaz üzrə oyunçuları Fransa və Almaniyadır. Bu prosesdə Fransa daha aktivdir. Cənubi Qafqazda strateji bölgə Azərbaycandır. Cənubi Qafqaza girmək, söz sahibi olmaq üçün mütləq şəkildə Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, müttəfiq olmaları lazımdır. Təəssüflər olsun ki, Qərb çox kobud bir taktikaya-təzyiq metoduna əl atıb. Fransanın Azərbaycana qarşı fəaliyyəti açıq şəkildə düşmənçilik siyasətidir. Bu siyasəti 4 müstəvidə həyata keçirir. Birinci beynəlxalq müstəvidə Azərbaycana qarşı kompaniyaya başladı, BMT də Azərbaycana təzyiq göstərmək istədi. Sonra Avropada, Aİ-də, AŞPA-da təzyiqlər kompaniyasına başladı. Hətta, Fransa senatının Azərbaycan əleyhinə qətnamələri vardı. Bu, Azərbaycana qarşı beynəlxalq təşkilatlar müstəvisində hücum taktikasına əl atmaq deməkdir. İkinci olaraq, Fransa özü açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyət göstərir, açıq şəkildə Azərbaycan səfirliyi qarşısında erməni lobisinə şərait yaradır, Azərbaycan səfirliyinə qarşı təxribat hərəkətlərinə yol verir. Bu beynəlxalq konvensiyaların pozulması deməkdir. Üçüncü taktika odur ki, Fransa erməniləri qızışdıraraq, silahlandıraraq, onlara həm siyasi, həm hərbi dəstək verməklə Azərbaycana təzyiq etmək istəyir. Dördüncü müstəvi Azərbaycanın daxili işlərində kəşfiyyat-pozuçuluq işləri aparmalarıdır. Diplomatik korpusun kəşfiyyat-pozuculuq işləri ilə məşğul olması beynəlxalq konvensiyaların pozulması deməkdir. Fransa bütün vasitələrdən istifadə edərək Azərbaycana qarşı hücuma keçib. Bütün bu fəaliyyətləri fiaskoya uğrayır. Bunun səbəbi Azərbaycanda dövlət və xalq arasındakı vahidlik və birlikdir. Bu, Prezident İlham Əliyevin siyasəti nəticəsindədir və bu siyasət 44 günlük müharibədə bir daha göstərildi. Azərbaycanın hüquq mühafizə orqanları kəşfiyyat-pozuçuluq işlərinin qarşısını almaq üçün bütün texniki imkanlarından istifadə edir. Fransanın bu pozuçuluq işləri iki dövlət arasında münasibətlarin pisləşməsinə gətirib çıxarır. Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətinə qarşı adekvat cavablar verilməlidir. Parlament səviyyəsində onların senatının verdiyi qərara adekvat bəyanatlar, qərarlar qəbul edilməlidir.  2024-cü ildə Fransada Olimpiya Oyunları başlayacaq. Azərbaycan olaraq biz Fransanın apardığı siyasətə etiraz olaraq bu oyunları baykot etməliyik. Ona görə ki, Fransa insan haqlarının tapdalayır. "Sarı jiletlilər"-ə qarşı çox amansız davranış sərgilədi, söz azadlığını boğmaq üçün Azərbaycan jurnalistlərini Fransadan deportasiya etdi. Bunları əsas gətirərək, Olimpiya Oyunlarını baykot edə bilərik. Eyni zamanda Fransanın Azərbayana qarşı düşmənçiliyini, erməniləri silahlandırmasını, Azərbaycana qarşı qərəzli bəyanatlarını və dörd müstəvidəki düşmənçilik siyasətini  əsas gətirə bilərik. Bu baykotla əlaqədar Türk Dövlətləri Təşkilatına da çağırış etməliyik. Hesab edirəm ki, Fransanın bu cür davranışı tək Azərbaycana deyil, ümumilikdə Türk Dövlətləri Təşkilatına qarşıdır. Çünki, Azərbaycana qarşı olan hücumlar Türk dövlətlərinə qarşı hücum olaraq qiymətləndirilməlidir. Fransanın bu siyasəti ölkə daxilindəki stabilliyin pozulmasına hesablanıb. Azərbaycanda stabilliyin pozulması Türk Dövlətləri Təşkilatının fəaliyyətinə də təsir edə bilər. Bu baxımdan Fransaya qarşı adekvat cavablarımız kəskin şəkildə olmalıdır. Təsirin əks-təsirə barəbərlik prinsipini tətbiq etməliyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31