Serbiyada baş verənlər Serbiya hakimiyyətindən qisas almağa yönələn bir hərəkətdir - ÖZƏL
27 Dekabr 2023 15:57 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Serbiyada baş verənlər, Qərbin Rusiya ilə sıx münasibətlər quran Serbiya hakimiyyətinə qisas almağa yönələn bir hərəkət, fəaliyyətdir və qanuni hakimiyyəti iğtişaşlar yolu ilə, müxalifəti radikallaşdırmaq, onu radikal addımlara sövq etmək yolu ilə qanuni hakimiyyəti devirməyə cəhddir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Almaniyanın, onun müxtəlif fondlarının, Fransanın müxtəlif maliyyə təşkilatlarının, Avropa Parlamentinin müxtəlif deputatlarının bu proseslərdə fəal iştirakını görə bilirik və bu gərginlik müxtəlif platformalardan Rusiyaya qarşı siyasi, hərbi və iqtisadi hücumlar həyata keçir ki, o cəbhələrdən daha birisi də artıq Serbiya olmaqdadır və Serbiya növbəti Rusiya-Qərb qarşıdurmasına çevrilməkdədir. Qərb bunu Ermənistanda da həyata keçirməyə çalışır, Gürcüstanda da həyata keçirməyə çalışır, Ukraynada tam gücü ilə həyata keçirib və bu gün Zelenskini yem kimi Putinin qarşısında atıb qaçmağın bir addımlığındadırlar. Bunlar göstərir ki, Qərbin bu cür rəngli inqilab ssenariləri çox böyük dağıdıcılığa, fəlakətə gətirib çıxaran məsələdir. Baxın, Saakaşviliyə də bir zamanlar belə dəstək verirdilər. İndi hardadır Saakaşvili? Nə işlə məşğuldur, nə vəziyyətdədir? Bu hadisələr başlayanda Zelenskiyə də böyük vədlər, dəstək və s. deyirdilər. Amma bu gün deyirlər, imkanımız yoxdur və Zelenskini meydanda tək qoyub qaçmağa bir fürsət axtarırlar. Ona görə mən düşünürəm ki, digərləri də bu məsələlərdən dərs götürməlidirlər. Qərbin bu qızışdırıcılığına getmək lazım deyil. Gedişatda bütün hər bir proseslər bizə əyan olacaq və bu hadisələrdə görünən budur ki, Aleksandr Vuçiç, onun administrasiyası Rusiyadan aldığı dəstəklə hakimiyyətdə möhkəm durmaqda, istefa verməməkdə qərarlıdırlar. Təbii ki, belə bir situasiyanın yaranması da vəziyyəti daha da qəlizləşdirən bir məqamdır.