Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğramış durumdadır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Fransa ard-arda dünyanın müxtəlif bölgələrində yürütdüyü yanlış siyasət nəticəsində məğlubiyyətə uğrayır və belə bölgələrdən biri də Cənubi Qafqazdır."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Fransa əgər Cənubi Qafqazda siyasi, iqtisadi, diplomatik, ticarət, mədəni və s. istiqamətlərdə öz mövcudluğunu qoruyub saxlamaq, imkanlarını genişləndirmək istəyirdisə,  Azərbaycanla münasibətlərdə doğru yanaşmalar göstərməli idi. Səhv qərarlar verdi, Azərbaycanla təhdid və hədə- qorxu dili ilə danışmağa çalışırdı ki, bu da qəbul olunan bir məsələ deyil və nəticə də bu oldu ki, Fransa tamamilə yolu, belə deyək ki, yanlış bir istiqamətə gedərək kəşfiyyat fəaliyyətləri, Azərbaycan dövlətinə qarşı qarayaxma, qaralama kampaniyası, Ermənistanı silahlandırmaq, Ermənistana dəstəyi artırmaqla Azərbaycanı güzəştə getməyə məcbur etmək kimi yanlış yolla getdi. Amma  artıq Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğramış durumdadır.
Diplomatlar da Bakıdan qovuldu. Belə bir hadisənin baş verməsi Fransa kimi dövlət üçün biabırçılıqdır və Fransanın Azərbaycandan tələbləri, Qarabağdakı ermənilərlə bağlı absurd məsələlər və s. digər məqamlar Azərbaycanın qəbul edəcəyi bir məsələ deyil və burada artıq təkcə Makron məğlub olmur. Burada Makronun təmsil etdiyi, mədəniyyətin daşıyıcısı olan böyük bir xalqın məğlubiyyəti, böyük bir dövlətin məğlubiyyəti göz önündədir. Makron və onun administrasiyası bu reallığı, məsələləri nə qədər tez qəbul edərsə, bir o qədər də onlar üçün faydalı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31