Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiyanın Sverdlovsk vilayətindəki "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Rusiya Federasiyasının Ural Federal Dairəsinin çoxsaylı Azərbaycan icması adından və şəxsən öz adımdan Sizə ehtiramımızı bildirir, doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Sizin insani keyfiyyətləriniz, siyasi iradəniz, təşəbbüskarlığınız, enerjiniz, peşəkarlığınız həm xalq, həm də digər dövlətlərin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.

Sizin Azərbaycan Respublikasının firavanlığı, onun iqtisadiyyatının və mədəniyyətinin inkişafı istiqamətindəki səyləriniz dəstəklənir. Arzu edirəm ki, sevimli Azərbaycanımızın bundan sonra da sosial-iqtisadi inkişafına, həmvətənlərimizin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətinizdə daim böyük uğurlar qazanasınız.

Qoy Sizin bilikləriniz, təcrübəniz, müdrikliyiniz dünyada birliyin və həmrəyliyin möhkəmlənməsinə, tarixən bizə dost, tərəfdaş olan Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə olsun! Biz azərbaycanlılar Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir, bütün Azərbaycan xalqının birliyi və gücünə görə qürur və sevinc duyuruq.

2020-ci ildə 44 günlük Vətən müharibəsi Sizin sərkərdəlik qabiliyyətiniz, diplomatik məharətiniz, prinsipiallığınız və dəmir iradəniz nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qısa müddət sonra Qarabağda yenidənqurma işlərinə başlanıldı. Bütün bunlar Sizin uzaqgörən siyasətinizin, həyata keçirdiyiniz siyasi, iqtisadi və hərbi islahatların nəticələridir.

İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik".

*******

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı "Azərbaycan Konqresi" Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirlər. Sevinirik ki, Prezidentimiz soydaşlarımız arasında və xaricdə ölkənin təcrübəli, uzaqgörən, praqmatik və etibarlı lideri kimi böyük nüfuza malikdir.

Siz suveren, sabit və inkişaf edən Azərbaycanın quruculuğunda uzun yol qət etmisiniz, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək xalqın məhəbbətini, rəğbətini qazanmısınız. Biz Sizin rəhbərliyinizlə iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən layihələrlə fəxr edirik. Azərbaycanla əməkdaşlıq edən dövlətlər və şirkətlər respublikanı etibarlı tərəfdaş və müttəfiq kimi qiymətləndirirlər.

Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi Sizin xidmətləriniz sırasında xüsusi yer tutur. İşğal altındakı torpaqlarımız Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində azad edildi. Bu il bir sutka ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Cənab Prezident, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu il Sizin Prezident vəzifəsində fədakarcasına çalışmağınızın 20 ili tamam oldu. Şübhəsiz ki, bütün azərbaycanlılar ötən illər ərzində görülmüş işlərin tarixi əhəmiyyətini əbədi olaraq xatırlayacaqlar. Şadıq ki, daim Prezidentimizin dəstəyinə arxalana bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31