Qarabağ bizim ümummilli məsələmizdir- ÖZƏL
27 Dekabr 2023 13:34 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hakimiyyətin Qarabağ və məcburi köçkünlərlə bağlı atdığı istənilən müsbət addımını siyasi mövqeyindən asılı olmayaraq bir vətəndaş kimi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Qarabağ bizim ümummilli məsələmizdir". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, Zəngəzur ilə bağlı qərarın bir neçə baxımdan əhəmiyyəti var: "Burda heç bir siyasi rəqabətdən söhbət gedə bilməz. Hələ də hərbi müharibə bitməyib, indi həm də psixoloji müharibə aparılır. Hətta Qarabağda bərpa işləri aparılmaqla, əhalinin ora tezliklə qaytarılması Ermənistanla psixoloji müharibədə üstünlüyümüzdür. Xeyirli-uğurlu olsun. İnşallah, tam olaraq qədiimi kənd və şəhərlərimiz azad olunar və diğər rayon və şəhərlərimiz kimi onların da bərpası haqqında qərarlar verilər.
Aprel döyüşlərində məlum yüksəkliklərin azad olunması,44 günlük müharibənin yolunu açdı. Aprel döyüşlərinin ilk qələbə sevinci Cocuq Mərcanlıdan başladı. İndi isə yaxın zamanlarda ordymuzun yeni qələbələrinin şahidi olub,qarış qarış da olsa,Xankəndimizin torpaqlarımızın azad edilməsini gördük. Bu gün Hələ də görüləsi çox işlərimiz var. İndi əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış olacaq.Tarixi torpaqlarımıza qayıdış soydaşlarımızın hüquqlarının bərpası üçün tək hərbi müstəvidə deyil, həm də beynəlxalq müstəvidə daha fəal olmalıyıq".