Fransa dövləti məhv olmaq təhlükəsi ilə üz-üzədir- ŞƏRH

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Makron öz əməlləri ilə həm özünün, həm də təmsil etdiyi dövlətin riyakar olduğunu ortaya qoyub.

Fransanın dövlət olaraq yürütdüyü xarici siyasət fiaskoya uğrmaqdadır. Vaxtlə beynəlxalq münasibətlər sistemində öz dəsti xətti, müstəqil dövlət siyasəti olan Fransa bu gün ən müxtəlif maliyyə maqnatlarının əsirinə çevrilib. Əslində, Fransa dövlətini çökdürən, onun tarixən əldə etdiyi imicini puç edən elə bu ölkəyə rəhbərlik edən şəxsin siyasi səriştəsizliyi ilə bağlıdır. Fransa prezidenti Makron dövlət və milli maraqları birmənalı şəkildə kənara qoyaraq erməni diasporunun dirijor çubuğu ilə fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, Fransa insan hüquqlarının pozulması, dini və irqi ayrıseçkiliklə bağlı məsələlərdə Arvropa dövlətləri sırasında ön yerdə qərar tutub. Görüntü ondan ibarətdir ki, bu ölkə yürütdüyü sürüşkən xarici siyasəti ilə beynəlxalq güc birliklərinin tarazlığını əməlli-başlı pozub. Artıq dünyanın qlobal problemləri, nizamlanmaya eytiyacı olan məsələlər barədə qərarlar Fransanın iştirakı olmadan verilir. Yeni təşəbbüslər, yeni ideyalarla çıxış etmək, dünyanın yeni nizamında özünə yer tutmaq əvəzinə sözügedən ölkə ənənəsinə sadiq qalaraq dəbdən düşmüş üsullarla ölkələrə təzyiq metodunu seçib. Bu vaxta qədər Afrika ölkələrəni talayan, yeraltı-yerüstü sərvətləri olan, təbii ehtiyatlara malik ölkələrin iliyini sümürən Fransa yeni qazanc mənbəyi axtarışına çıxıb. Faktlar deməyə əsas verir ki, Fransa "kiçik bacısı" olan Ermənistan üstündən Cənubi Qafqazda yeni mövqe qazanmaq istəyindədir. Ancaq məlumdur ki, bu istəkdə onun qarşısında duran ən ciddi maneə Azərbaycan dövləti, onun qüdrəti və yürütdüyü müstəqil xarici siyasətidir. Birmənalı şəkildə qeyd edilmlidir ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, həyata keçirdiyi təxribatlar, beynəlxalq təşkilatlar qarşısında tumanını başına çəkməsi məhz bu səbəblə bağlıdır. Bütün cəhdlərə, edilən təxribatlara, atılan şər-böhtanlara, qarayaxma kampaniyalarına baxmayaraq Fransa Azərbaycanın yanından yel də olub keçə bilməz. Çünki Azərbaycanın İlham Əliyev kimi fatehi, beynəlxalq münasibətləri təhlil edərək qərar vermək bacarığına malik prezidenti var.

Etiraf edilməlidir ki, Prezident İlham Əliyev hazırda dünyanın ən güclü, ən proqmatik, ən uzaqgörən siyasətçisi və ən etibarlı tərəfdaş kimi qəbul edilir. Bunu o, yürütdüyü daxili və xarici siyasəti, dövlətlərarası münasibətdəki ədalətli mövqeyi ilə haqq edib. Təkcə onu qeyd etmək kifayətdir ki, ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həyata keçirə bilmədiyi qətnaməni İlham Əliyev cəmi 44 gün ərzində təmin etdi. Hansı ki, Fransa Qarabağ probleminin nizamasalınması məqsədilə yaradılmış Minsk qrupunun həmsədrlərindən biri idi. Belə halda, Fransa prezidenti Makron hansı üzlə və hansı məsələlərlə bağlı Azərbaycana "dərs deyə" bilər? Əslində Makronun siyasi məsələlər üzrə prezident İlham Əliyevdən öyrənəsi çox şeylər var. Çünki, Makron öz əməlləri ilə həm özünün, həm də təmsil etdiyi dövlətin riyakar olduğunu ortaya qoyub. Dövlət və milli maraqlar naminə qurulan siyasətin təməlini isə riyakarlıq deyil, məhz ədalət təşkil edir. İlham Əliyev də ədaləti bərpa edərək Azərbaycanın ərazü bütövlüyü və suverenliyini təmin edən dövlət başçısı kimi adını tarixə qızıl hərflərlə yazdırmağı bacarıb.    

Bu günlərdə Fransa agentura şəbəkəsinin ifşası dediklərimizi bir daha təsdiq etmiş olur. Baş verən olayı Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı və Fransanın növbəti fiaskosu kimi də qəbul etmək olar. Bu isə açıq şəkildə Fransanın növbəti uğursuzluğunun bariz nümunəsidir. Fransanın son illər dəfələrlə Azərbaycana qarşı BMT TŞ-da qətnamə qəbuluna cəhdlərinin baş tutmaması onun xarici siyasətinin, agentura şəbəkəsinin isə Azərbaycanda iflası xüsusi xidmət orqanlarının fiaskosu anlamına gəlir. Məntiq onu deməyə əsas verir ki, Fransa dövlət olaraq məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Fransanın Ermənistanı silahlandırması, revanşist əhval-ruhiyyənin artmasına çalışması Azərbaycanla sülh sazişi imzalamasına qətiyyən maneə ola bilməz. Cünki, Fransanın Cənubi Qafqaz siyasəti qərəzli mövqe daşıdığından "ayaq tutsa da yeriyə bilmir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31