Avstraliya-Azərbaycan Assosiasiyasının prezidentindən təbrik məktubu - ÖZƏL
27 Dekabr 2023 12:11 SiyasətOlaylar.az xəbər verir ki, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oyta məktubu ilə azərbaycanlıları 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.
"31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü ve 2024-cü il, Yeni il
münasibətilə Azərbaycan Prezidenti və dünyada yaşayan 55 milyon Azərbaycan
millətini təbrik edirəm!
30 ildən artıq işğalda qalmış ərazilərimizdə erməni silahlı terrorçuları və separatçılara
qarşı 24 saatlıq anti-terror tədbirləri nəticəsində Xankəndi və digər şəhərlərimiz
Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
rəhbərliyindəki qəhrəman Azərbaycan Ordusu tərəfindən dünyanın gözü qarşısında
heç bir sivil şəxsə ziyan vermədən azad edildi. Bununla millətimizin 32 illik həsrətinə,
Xanın şəhərinin əsarətdə qalmasına son qoyuldu. Azərbaycan öz suverenliyi və ərazi
bütövlüyünü tamamilə bərpa etdi. Azərbaycan bir daha dünyaya öz siyasi və hərbi
gücünü, beynəlxalq qanunlara sədaqətini və milli mənafeyini müdafiə etməkdə güclü
iradəsini göstərdi. Azərbaycanın uğurlarının davamında Ermənistanla daimi sülhün
əldə edilməsilə Zəngəzur dəhlizinin açılması və Azərbaycanın əsas hissəsinin
Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birləşməsini arzulayırıq.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin hər zaman
vurğuladığı kimi, müstəqil Azərbaycan 50 milyon parçalanmış Azərbaycan millətinin
hüquqi dövlətidir. Hər bir azərbaycanlı üç rəngli bayrağımızın altında mutlu yaşayıb,
Azərbaycanın uğurlarına sevinir.
Dünya Azərbaycanlılarının Hemreyliyi Günü ve 2024 yeni il munasibetile Azərbaycan
Prezidenti və dünyanın dörd bir tərəfində yaşayan 55 milyon azərbaycanlılara Böyük
millətimizə yeni-yeni uğurlar, sağlıq, uzun ömür, şadlıq, firavanlıq, eləcə də
dövlətimizə və qəhrəman Ordumuza yeni qələbə arzu edirəm. Dünya
Azərbaycanlılarına sülh, barış və bütün şəhidlərimizə uca tanrıdan rəhmət diləyirəm.
31 Dekabr Həmrəyliyk Günününüz mübarək!",- deyə o, məktubunda qeyd edib.