Makron Güney Qafqaz məsələsində öz siyasətinə yenidən baxmalıdır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Fransa prezidenti Emmanuel Makron Güney Qafqaza münasibətində özünü sözün həqiqi mənasında rəzil duruma salıb". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Yəni o, burada, özəlliklə də münaqişə tərəfləri olan Ermənistanla Azərbaycan arasında neytrallıq nümayiş etdirə bilmədiyinə görə, təktərəfli və ədalətsiz mövqe tutduğuna görə öz dövlətini də pis vəziyyətdə qoyub. Yəni Fransa prezidentinin faktiki olaraq  Azərbaycana müdaxiləsi, yaxud da Azərbaycanın üzərinə gəlməsi mümkün olmadığı halda, o buna dəfələrlə cəhd göstərib və hər dəfəsində də burnu ovularaq geri oturdulub. Bu da prezident İlham Əliyevin qlobal səviyyədə çəkisinin və gücünün nəticəsində baş verib. Yəni Azərbaycan dövləti və onun rəhbəri o vəziyyətdə deyil ki, Fransa kimi hələ də XX yüzildə müstəmləkəçilikdən imtina etmək istəməyən bir dövlət üzərimizə gəlsin və bizi küncə sıxışdırsın. Azərbaycan prezidenti istər ölkəmizin daxilində, istərsə də beynəlxalq platformalarda uyğun şəkildə Fransa prezidentinin də, onun dövlətinin də cavabını verib, verməyə də davam edəcək. Yəni Fransa uduzan tərəfdir. Üstəlik də onun müstəmləkəçilik siyasətini hələ də davam etdirməsi kimi böyük bir ayıbı məhz Azərbaycanın sayəsində yenidən dünya gündəminə oturub və Fransa da bundan itirməyə davam edəcək. Ona görə də Emmanuel Makron Güney Qafqaz məsələsində öz siyasətinə yenidən baxmalıdır. Münasibətlərin düzəldilməsi üçün Ermənistanla deyil, Azərbaycanla anlaşmaya üstünlük verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31