Fransa belə dəqiq zərbəni gözləmirdi - Tofiq Abbasov - ÖZƏL
26 Dekabr 2023 20:56 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Bu problematik, ikitərəfli münasibətlərin vəziyyətinin günahkarı bilavasitə Fransadır. "
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Daha dəqiq desək, Fransa Prezidenti Emmanuel Makrondur. Ümumiyyətlə, son illər ərzində hansı ki, ikinci dəfə Prezident seçildi, dövlət kursu çox suallar doğurdu. Təsadüfi deyil ki, artıq bir neçə yerdə Fransa diplomatiyası fiaskoya uğrayıb. Amma Azərbaycanda bu fiasko Fransanın diplomatiyasına, siyasi establşmentinə çox böyük imic zərbəsi vurdu. Bu prosesin günahkarı Fransa olaraq o özünün yekaxana siyasəti, saymamazlıq, eləcə də kobudluq nümayiş etdirdiyinə görə artıq Azərbaycandan çoxdan gözlənilən cavabı aldı. Ola bilsin ki, Fransa siyasətində tərəfdarı olacaq ki, diplomatik əlaqələr qırılsın, Azərbaycandakı səfirlik ümumiyyətlə, fəaliyyətini dayandırsın və s. Halbuki, bu ola bilməz. Amma mən hətta buna etimad edərək bir şeyi demək istəyirəm ki, Azərbaycanın bu addımı artıq son dərəcə təsirli, Fransa və onun Prezidenti üçün arzuolunmaz addımdır. Birincisi, Fransa bu təsirləri göstərməklə Azərbaycan tərəfindən əks təsirə nail oldu və Fransa belə dəqiq zərbəni gözləmirdi. O elə bilirdi ki, daim Azərbaycana təzyiqlərini göstərəcək, biz onlardan çəkinəcəyik, biz onlara cavab verə bilməyəciyik və onlar bizə güc sahibləri kimi təzyiq göstərəcəklər. Ancaq nəticə ondan ibarətdir ki, Azərbaycan Ermənistandan fərqli olaraq öz dövlətçiliyinin qədrin bilən bir dövlətdir və öz daxili işlərinə heç kəsin müdaxilə etməyinə imkan vermir. Digər tərəfdən, təzyiqləri birbaşa rədd edir, özünün də möhkəm qüvvələrini bir qədər də gücləndirir. Çünki, Azərbaycan bölgədə yeganə dövlətdir ki, həm ümumi təhlükəsizliyin keşiyində durur, digər tərəfdən də biz Ermənistanla müqaviləmizdə mütləq qalib tərəf kimi çıxmışıq. Çünki, biz düz yolda idik, heç bir tələbi, beynəlxalq qanunvericiliyi pozmamışıq, bunları pozan Ermənistana dərs vermişik. İndi isə diplomatiya sayəsində Azərbaycan Fransaya dərsini verdi. Makron gərək bu proseslərdən nəticə çıxarsın. Çünki, o bütün komandasının imkanlarını səfərbər edərək, Azərbaycanı küncə sıxışdırmaq siyasətini yürüdürdü. Amma o özünün imkanlarını olduğundan daha artıq hiss etdiyinə görə yanıldı. Azərbaycan elə bir yerdədir ki, onunla diktat, tələb dili ilə danışmaq olmaz. Çünki, biz həqiqətən də heç bir ölkənin nə daxili işinə qarışırıq, nə də kimlərlə bizim rəqabətimiz var ki, onları aşağılayaq, zərər vuraq. Əksinə biz sağlam, normal münasibətlərin tərəfində dayanmışıq və dayanacayıq. Bizə güc gəlmək hədədir. "