Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır - Peskov

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Onlar mübarizə aparan tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan edirlər.

Burada heç bir risk yoxdur", - Rusiya prezidentinin mətbuat katibi "mübarizə aparan tərəfləri" bir araya gətirmək qorxulu deyilmi? sualını cavablandırarkən deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31