Ceyhun Bayramov İran XİN rəhbəri ilə telefonla danışıb
26 Dekabr 2023 20:32 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dekabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31