Bu, Fransaya verilən ən sərt cavablardan biridir - Sahil Kərimli - ÖZƏL

"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya verdiyi nota və eyni zamanda Fransanın 2 diplomatının "arzuolunmaz şəxs" elan edilməsi əlbəttə ki, Fransanın son illərdə Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin, məkrli və riyakar oyunların məntiqi nəticəsidir."

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Fransa 30 il işğal dövründə daim işğalçı Ermənistanı dəstəkləyib, ona arxa-dayaq olub. Həm 44 günlük Vətən müharibəsi zamanı, həm ondan sonrakı dövrdə Ermənistanı dəstəkləyib, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbələr vurub. Makron hakimiyyəti tərəfindən Azərbaycana qarşı düşmənçilik siyasəti bu gün də davam etdirilir. Hətta, BMT-də Azərbaycana qarşı qətnamə qəbul etdirməklə bağlı Fransanın cəhdləri də heçə enib. Azərbaycan xüsusi xidmət orqanlarının son keçirdiyi əməliyyat zamanı Fransanın Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda həyata keçirdiyi kəşfiyyat pozuçuluq fəaliyyəti ifşa olunub və qarşısı alınıb. Bu, Fransaya verilən ən sərt cavablardan biridir. Fransa Cənubi Qafqazda öz oyunlarına nail ola bilmədi. Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğradı və bundan sonra da Fransanın bu istiqamətdəki atmaq istədiyi bütün addımların qarşısı qətiyyətli şəkildə alınacaqdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31