Ölkə Prezidentinin ölkədəki 20 illik siyasi fəaliyyəti dövrü sosial-iqtisadi müstəvidə effektiv qərarla səciyyələndirilib-Elşad Məmmədov- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Prezident İlham Əliyevin Azərbaycanda 20 illik hakimiyyət dövrü sosial-iqtisadi inkişaf nöqteyi-nəzərdən, qabaqlayıcı iqtisadi artım dinamikası ilə tarixə düşdü və bu dövr ərzində biz əgər ölkəmizin universal makro göstəricilərinə iqtisadi inkişafla bağlı nəzər salsaq görərik ki, həm investisiyaların artımı, həm ümumi daxili məhsulun artımı, həm əhalinin sosial müdafiəsi nöqteyi-nəzərdən kifayət qədər iri həcmli, iri tutumlu layihələr reallaşdırılmışdır ki, bunlarən da bilavasitə ölkəmizin həm sosial həm iqtisadi gündəliyinə köklü dəyişikliklər bəxş etməsi reallıq oldu. " 

Bu fikirləri iqtisadçı ekspert Elşad Məmmədov Olaylar.az-a  açıqlamasında bildirib:

"Ona görə də bu illəri Azərbaycanın effektiv sosial-iqtisadi siyasət illəri kimi bütövlükdə dəyərləndirmək olar. Biz bunun da məntiqi nəticəsini həm də torpaqlarımızın işğaldan azad edilməsində görürük. Çünki, həmin əməliyyatın həyata keçirilməsi üçün son illərin bu uğurlu hərbi kompaniyaların aparılması üçün iqtisadi qüdrədin nə dərəcədə vacib olması mənə elə gəlir ki, heç kim üçün sual doğurmur. Eyni zamanda son 5 il müddəti mən Azərbaycan üçün sosial amilin prioritet təşkil etməsi illəri kimi dəyərləndirərdim. Belə ki, ölkə başçısı Prezidentliyinin ilk günlərindən insan amilinin, sosial faktorun, öz siyasətinin önündə, mərkəzində olmasını qeyd etmişdir. Mənim fikrimcə, bu əslində Ulu Öndər Heydər Əliyevin sosial ədalət prinsiplərinə münasibətindən irəli gəlirdi. Çünki, İlham Əliyevin o cümlədən, sosial-iqtisadi kursu da Ulu Öndərin kursunun ardıcıllıqla davamından ibarət idi. Son illərdə isə sosial müdafiə sistemindəki köklü islahatlar Prezident İlham Əliyevin siyasətinin bilavasitə ən effektiv istiqamətlərindən biri idi. Ölkə üzrə əmək haqqı fondunun 2,7 dəfəyə yaxın artması 5 il müddət ərzində kifayət qədər böyük göstəricidir ki, bu ölkəmizin bir çox xarici-iqtisadi təsirlərdən, mənfi təsirlərdən o cümlədən, pandemiyanı nəzərdə tuturam, dünya iqtisadiyyatındakı böhranı nəzərdə tuturam. Bu təsirlərdən ölkəmizin iqtisadi-sosial mühitinin qorunmasına çox böyük şərait yaratmış oldu. Bu bizim iqtisadiyyatımıza təkan vermiş oldu. Çünki, bu sosial zərflər ki, son 5 il ərzində ölkə başçısı tərəfindən həyata keçirilməyə başlandı, bunlar ölkədə daxili bazarın alıcılıq qabiliyyətini qorumuş oldu. Bu da iqtisadi inkişafa təkandır. Ona görə də sosial siyasət nöqteyi-nəzərdən mütərəqqi idarəetmənin, effektivliyin, şəffaflığın təmin edilməsi və ölkə Prezidentinin güclü siyasi iradəsi ona şərait yaratdı ki, Azərbaycan sosial statuslu dövlət kimi mövqeləşməkdə olsun. Bu istiqamətdə ardıcıl şəkildə işlər davan etdirilsin. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə Prezidentinin ölkədəki 20 illik siyasi fəaliyyəti dövrü sosial-iqtisadi müstəvidə effektiv qərarla səciyyələndirilmişdir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31