Ermənistan rəhbərliyi bunu etməklə öz dövlətçiliyini sual altında qoyur-Zaur Məmmədov- ÖZƏL
26 Dekabr 2023 16:48 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"İrəvandan Azərbaycanın paytaxtı Bakıya neçə km məsafə var və bu 700 km-lik uzaq mənzilli raketlərin alınması kifayət qədər ciddi xəbərdir."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov söyləyib:
"Azərbaycan bu kimi çağırışlar qarşısında səssiz dayanmayacaq, ona görə ki, Cənubi Qafqaz onsuz da eninə-uzununa kiçik bir bölgədir. Burda bu qədər orta və uzaq mənzilli raketlərin alınması Cənubi Qafqazı ciddi şəkildə müharibə zonasına çevirə bilər. Əgər ölkə sülh istəyirsə, bu raketləri niyə alır? Bütün bu hadisələrlə, alış-satışla Ermənistan rəhbərliyi öz dövlətçiliyini sual altında qoyur. Əmin olsun ki, Azərbaycan sərhədçiləri və Azərbaycan hərbiçiləri hansısa xarici generalların, xarici ölkənin hərbiçilərinin müxtəlif istehsallı ən müasir silahların bizim tərəfimizə buraxılmasına sakit dayanmayacaq."