MCP kabinetlərdə gizlənən partiyalar kimi fəaliyyət göstərməyəcək- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Partiyamızın fəaliyyəti dövründə respublika üzrə bütün rayonlarda konfrans, tədbirlər və görüşlər keçirmişik. Milli Cəbhə Partiyası (MCP)  kabinetlərdə gizlənən partiyalar kimi fəaliyyət göstərməyəcək. Məqsədimiz hakimiyyəti dəyişməkdirsə biz xalqın ayağına gedəcəyik". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Ümumiyyətlə, vətəndaşları narahat edən problemlərin çözülməsi, regionların sosial-iqtisadi inkişafıyla bağlı partiyamızın geniş proqramı var. Bu Milli Cəbhə Partiyasının seçki platformasından biri sayılır. Xalqın gözləntilərinə uyğun addım atacayıq. Xalq öz liderinə dəstəyi əsirgəməyəcək. Bizim mətbuatla bağlı da problemimiz olmayacaq. Hesab edirəm ki, bu mərhələni də uğurla keçəcəyik. Bu gün siyasi camiədə mətbuatda  görünən və siyasi proseslərə münasibət bildirən, xalqın yanında olan tək partiya Milli cəbhəçilərdir. Xalq olaraq seçkilərdə fəal olmalı, seçkinin taleyini həll etməliyik. Baykot taktikası heç zaman seçkiyə təsir etməyəcək. Seçkiyə təsir edəcək tək qüvvə xalqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31