Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınıb- ÖZƏL
26 Dekabr 2023 15:05 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyevanın sözlərinə görə, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir: "Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramı həyata keçirilir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılıb. İşğaldan azad olunan ərazilərin yenidən qurulması torpaqlarımızın düşməndən azad edilməsi qədər vacib, şərəfli, çətin missiyadır".