Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan bayrağı dalğalanır- ÖZƏL
26 Dekabr 2023 14:49 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Dekabrın 21-də Xankəndi stadionunda çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib: "Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Hazırda Xankəndi şəhəri, Xocalı da daxil olmaqla işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır.
Prezident İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edildi, əsaslı təmir olundu. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı. Ölkə başçısı bildirdi ki, yenidən qurulan Ağdam şəhərində də bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq".