Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün… - MSK sədri

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır.

Olaylar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Ekspert qrupu üzvlərinə müraciətində bildirib.

Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə - 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ərəfəsindədir:

"Seçkilər ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilir. Ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu irimiqyaslı tədbirin Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında lazımi tədbirlər görülür, bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31