Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gedib - FOTO
26 Dekabr 2023 13:21 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Olaylar.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.








Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31