Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - Yenilənib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qoy ruh yüksəkliyi, enerji və nikbinlik Sizə Azərbaycan Respublikasının rifahı naminə ən mürəkkəb dövləti vəzifələri yerinə yetirməyə kömək etsin, yüksək peşəkarlıq və insani keyfiyyətləriniz isə gələcək uğurların və ölkənin inkişafının rəhni olsun!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun illər ərzində əmin-amanlıq arzulayıram".

******

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri Viktor Arxipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin böyük nüfuzunuz və Azərbaycanın Prezidenti vəzifəsində nail olduğunuz ciddi uğurlar yüksək peşəkarlığınızdan, səriştəli, qətiyyətli, işgüzar keyfiyyətlərə malik, fədakar, ən mühüm dövləti məsələləri həll edə bilən şəxsiyyət olduğunuzdan xəbər verir.

Cənab Prezident, bu şad gününüzdə Sizə gələcək fəaliyyətinizdə uğurlar, güc-qüvvət və əmin-amanlıq arzu edirəm. Qoy hər zaman yanınızda istənilən vəziyyətdə dəstəyinə arxalana biləcəyiniz insanlar olsun! Siz ikitərəfli konstruktiv dialoqun inkişafına fəal şəkildə kömək edirsiniz, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verirsiniz.

Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31