Kommersiya məhkəmələrinə yeni səlahiyyətlər verilir
26 Dekabr 2023 12:11 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclis kommersiya məhkəmələrinə yeni səlahiyyətin verilməsininə dair layihəni qəbul edib. "Olaylar" xəbər verir ki, parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirəcəklər:
- Arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;
- Arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;
- Arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;
- Müvəqqəti təminat tədbirlərinin tətbiqi;
- Sübutların təmin edilməsinə yardım.
Məhkəmənin yardım funksiyasının yerinə yetirilməsi ilə bağlı arbitraj sazişinin tərəfi, yaxud arbitraj məhkəməsi müraciət edə bilər.
Arbitrin təyin edilməsi və arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli ilə bağlı ərizə müraciət edən şəxsin müraciətə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 30 gün ərzində verilir.
Arbitrin təyin edilməsi, arbitrə etiraz edilməsi, arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi, müvəqqəti təminat tədbirlərinin tətbiqi və sübutların təmin edilməsinə yardım funksiyalarına münasibətdə ərizə arbitrajın yeri üzrə Azərbaycan ərazisində kommersiya məhkəməsinə, müvəqqəti təminat tədbirlərinin tətbiqi və sübutların təmin edilməsinə yardım funksiyalarına münasibətdə isə arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.