Deputat Y. V. Çəmənzəminlinin qəbrinin Azərbaycana gətirilməsini təklif edib
26 Dekabr 2023 11:53 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Yusif Vəzir Çəmənzəminlinin qəbrinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır". Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa çıxış edib. Bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür: "Biz Qarabağda yalnız insanları deyil, Azərbaycan dövlətçiliyində xidməti olan, tariximizə mühüm şəxsiyyət kimi düşmüş şəxslərin ruhunu da yaşatmalıyıq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31