Fransanın irticaçı siyasətini ifşa edən rıçaqları işə salmalıyıq- DEPUTAT
26 Dekabr 2023 11:30 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Fransada Xurşudbanı Natəvanın abidəsi ilə bağlı xoşagəlməz xəbərlər gəlir. Bu abidənin barbarcasına sökülməsi, onun yazılarının silinməsi kimi pis niyyətlər irəli sürülür". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Tural Gəncəliyev deyib: "Fransanın irticaçı siyasətini ifşa edən rıçaqları işə salmalıyıq. Fransa axırıncı ölkədir ki, mədəni irslə, insan hüquqları ilə bağlı Azərbaycana dərs keçsin. Fransanın ölkəmizə qarşı hər hansı ittiham irəli sürməsi üçün mənəvi haqqı yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31