Azərbaycan heç zaman bu qədər qüdrətli, güvənli olmayıb- ÖZƏL
26 Dekabr 2023 08:39 Siyasət"Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir". Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Prezident İlham Əliyevin öndə gedən liderlərdən biri kimi dünyanın siyasət aləmində böyük nüfuz qazandı. Ölkə başçımız İlham Əliyev isə öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı.
Bu gün ölkə Prezidenti İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olub. Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir".