Radikal müxalifət yenə​ antimilli mövqe tutmaqdadır- ÖZƏL

"Gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Məhz demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər". Olaylar xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkiıatının sədri Samir Vəliyev deyib: "Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da deyə bilərik. Artıq bəzi siyasi partiyalar bu mühüm siyasi kampaniyada iştiraka qərar veriblər. Bu, partiyaların sivil formada siyasi mübarizə mədəniyyətini nümayiş etdirməsidir.
Təəssüf ki, müxalifətin radikal qanadı yenə də antimilli mövqe tutmaqdadır. Seçkilərə münasibətdə onlar bu dəfə də siyasi mədəniyyətdən tamamilə uzaq mövqe nümayiş etdirirlər. AXCP və Müsavat Partiyası bu "ənənəni" davam etdirir. Əslində, bu partiyalar hər zaman ümummilli məsələlərdə həmrəylikdən uzaq olub, özlərini Azərbaycan xalqından ayırıblar. 44 günlük Vətən müharibəsi zamanı, eləcə də Qarabağda keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalasalar da, həmin partiyalar bu həmrəyliyə qoşulmaqdan imtina etdilər. Təbii ki, sözügedən iki partiyanın antimilli fəaliyyəti ilə bağlı kifayət qədər faktlar sadalamaq olar. Lakin ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması tədbirlərində milli həmrəylikdən kənarda qalmaq onların Azərbaycan xalqına xəyanətindən başqa bir şey deyil. Bu fakt bir daha təsdiqləyir ki, Əli Kərimli kimilər xaricdəki ermənipərəst dairələrin əlində alətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31